Sionist media:
Hizbullahla müharibə mütləq məğlubiyyətlə nəticələnəcək
Təl-Əvivdə çap olunan bir qəzet Livana qarşı müharibənin genişlənməsi ilə bağlı xəbərdarlıq edərək, bildirib ki, Hizbullahla genişmiqyaslı müharibənin nəticəsi İsrail üçün mütləq məğlubiyyətdir.
Livan və işğal olunmuş Fələstin sərhədində gərginliyin güclənməsi və son bir neçə həftədə Hizbullahın sionist rejimin mövqelərinə raket və artilleriya hücumlarının davam etməsi ilə sionistlərin Qəzzə müharibəsi ilə yanaşı, digər bir müharibənin baş verməsi ehtimalı ilə bağlı qorxu və narahatlığı artıb.
Haaretz qəzeti "Hizbullahla müharibənin nəticəsi mütləq məğlubiyyətdir" başlıqlı bir reportajda xəbərdarlıq edib ki, İsrail müharibəni Livana qədər genişləndirsə və bu bölgədə quru əməliyyatları keçirsə, ağır məğlubiyyətlə üzləşəcək.
Qəzet bildirib ki, baş nazir Benyamin Netanyahunun kabinetinin son səkkiz ayda Livana genişmiqyaslı hücum niyyəti olmasa da, baş nazirin siyasi müxalifləri işğal altındakı Fələstin sakinlərinin acınacaqlı vəziyyəti və bu bölgədə Hizbullah pilotsuz təyyarələrinin manevr etməsi ilə bağlı ifşaçılıqları vəziyyəti onun üçün çətinləşdirib.
Qəzetin yazdığına görə, İsrail rejimi Livanın cənubunu işğal etmək iqtidarında deyil və təkcə şimal sakinlərini ərazinin onların qayıtması üçün təhlükəsiz olduğuna əmin etmək üçün sərhəddə məhdud hərbi əməliyyat keçirmək istəyir.
Haaretz bölgədəki vəziyyətin mürəkkəbliyi ilə bağlı xəbərdarlıq edərək bildirib ki, belə bir əməliyyat məhdud şəkildə də olsa, bölgədəki gərginliyi gücləndirə və vəziyyəti nəzarətdən çıxara bilər.
Hizbullahın İsrailin hərbi əməliyyatlarına cavabı bu kiçik hərbi manevri ümumi müharibəyə çevirə bilər və İsrailin strateji infrastrukturlarının Hizbullahın hədəfinə çevrilməsi və hətta elektrik enerjisinin kəsilməsi ehtimalı var.
Qəzet Beynəlxalq Ədalət Məhkəməsinin işğalçı rejim başçılarının həbsinə order verməsinə toxunaraq, yazıb: "Misli görünməmiş beynəlxalq təcrid şəraitində Tel-Əviv Livanın infrastrukturlarını hədəfə ala biləcəkmi"?