Amerikan KİV-ləri: “Hizbullah Yaxın Şərqdə ən güclü qeyri-dövlət ordusudur”
MSNBC ötən gün yarana biləcək mümkün münaqişələrlə bağlı yayımladığı hesabatda bildirib ki, İsraillə Hizbullah arasında müharibə olacağı təqdirdə, Təl-Əviv nəinki Yaxın Şərqdəki ən güclü qeyri-dövlət qrupu olmayan bir düşmənlə, bəlkə daha açıq söyləsək bölgədəki bir çox mütəşəkkil ordudan daha çox təsir gücünə malik olan düşmənlə qarşılaşmalı olcaq.
Amerikan kanalı 2024-cü ildəki Hizbullahın 2006-cı ildəki Hizbullahdan daha qüdrətli, daha silahlı, daha təcrübəli və siyasi cəhətdən daha güclü olduğuna diqqət çəkərək əlavə edib ki, ən yaxşı variant ABŞ-ın Livan müharibəsi baş verəcəyi şəraitdə Vaşinqtonun İsrail rejimini açıq və ya gizli formada dəstəkləməyəcəyini və İsrailin bu müharibəyə başlayacağı təqdirdə onları heç vaxt xilas etməyəcəyini bildirməkdir.
Adı çəkilən nəşrin məumatında daha sonra qeyd edilir ki, Birləşmiş Ştatlarının rəsmiləri də başa düşməlidir ki, İsrail və Hizbullah arasında istənilən mümkün müharibə baş verərsə onların özləri belə bu müharibənin nəticələrindən xilas ola bilməyəcək və bu ehtimal qəbullənməldir.
“ Hizbullahla hər hansı bir müharibə olacağı təqdirdə minlərlə israilli sığınacaqlara qaçmalı olacaq və İsrailin Təl-Əvivdən Hayfaya kimi iri şəhərləri Hizbullahın qarşısı alınması çox çətin olan raketlərinin hədəfinə çevriləcək”-kanal vurğulayıb.
Hesabatın davamında daha bir diqqət çəkən məqamada toxunulub. Bildirilir ki, İsrail ordusunun quru qüvvələri Suriyada illərdir quru əməliyyatlarından sonra bir çox taktika, əməliyyat və hərbi tədbirlərə sahiblənmiş geniş ordu dəstələri ilə də döyüşməli olacaq.
İsrail rejimi ilə mümkün müharibədə Livandakı Hizbullahın gücü ilə bağlı MSNBC sonda bildirib ki, hazırda Hizbullahın 200.000 raketi var və onlardan bəziləri Hizbullahın istədiyi nöqtəni hədəfə alacaq dəqiqliyə malikdir.