Qəzzə zolağının şimalına qanlı hücum olub: 45 fələstinli şəhidimiz var
https://azeri.sahartv.ir/news/qərbi_asia-i412556-qəzzə_zolağının_şimalına_qanlı_hücum_olub_45_fələstinli_şəhidimiz_var
Sionist rejimin Qəzzə zolağında Əmn-Nasir xəstəxanası yaxınlığındakı əraziyə hücumu nəticəsində azı 45 nəfər həlak olub.
(last modified 2024-07-04T10:09:54+00:00 )
İyul 04, 2024 14:08 Asia/Baku
  • Qəzzə zolağının şimalına qanlı hücum olub: 45 fələstinli şəhidimiz var

Sionist rejimin Qəzzə zolağında Əmn-Nasir xəstəxanası yaxınlığındakı əraziyə hücumu nəticəsində azı 45 nəfər həlak olub.

“Əl-Cəzirə” xəbər kanalı verdiyi məlumatda, İsrail səhər saatlarından başlayan qanlı hücumunda Xan Yunis məntəqəsində fələstinli qaçqınların sığındığı məktəbin yaxınlığındakı evi hədəf alıb.

Çoxlu sayda fələstinlinin yaralanması ilə nəticələnən bu hücumdan sonra sığınacaqdakı camaat yaxınlıqdakı Ən-Nasir xəstəxanasına axışıblar.

Qeyd edək ki, bu hücum İsrail rejim ordusunun cənubda davam edən hücumları və evakuasiya əmri nəticəsində milyonlarla fələstinlinin son günlərdə Qəzzənin cənubunu tərk etdiyi bir vaxtda baş verib.

Sionist rejimin Qəzzədə  Ən-Nasir xəstəxanası yaxınlığındakı əraziyə hücumu nəticəsində azı 45 nəfər həlak olub.