Fələstin olayları; Qəzzə şəhidlərinin son sayı- 38584 nəfər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i412858-fələstin_olayları_qəzzə_şəhidlərinin_son_sayı_38584_nəfər
Qəsbkar rejim ötən sutka ərzində Qəzzə zolağında fələstinli ailələrə qarşı dörd halda qırğın törədib. Nəticədə, 141 nəfər şəhid olub və 400 yaralı Qəzzə xəstəxanalarına köçürülüb.
(last modified 2024-07-15T04:05:45+00:00 )
İyul 15, 2024 08:03 Asia/Baku
  • Fələstin olayları; Qəzzə şəhidlərinin son sayı- 38584 nəfər

Qəsbkar rejim ötən sutka ərzində Qəzzə zolağında fələstinli ailələrə qarşı dörd halda qırğın törədib. Nəticədə, 141 nəfər şəhid olub və 400 yaralı Qəzzə xəstəxanalarına köçürülüb.

Şəhab telekanalı təcili bir xəbərdə bildiribdir ki: Fələstin səhiyyə nazirliyinin məlumatına görə, hələ də qurbanların bir miqdarı uçqunlar altında və yollarda qalıb. Yardım və xialsetmə qüvvələrinin onlara əlçatanlıqları yoxdur.

Fələstin səhiyyə nazirliyi əlavə edib: Sionist rejimin ötən il oktyabrın yeddisindən bəri etdiyi hücumlardakı qurbanların sayı- 38584 şəhidə, yaralıların miqdarı isə- 88881 nəfərə çatıbdır.