İŞİD Omandakı hücuma görə, məsuliyyəti öz üzərinə götürüb
İyul 17, 2024 14:25 Asia/Baku
İŞİD terror qruplaşması Omanda şiə məscidinə və İmam Hüseyn (ə) əzadarlarına edilən ölümcül hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
"Röyters"in məlumatına görə, İŞİD Omanın paytaxtı Maskat şəhərində Əl-Vadi Əl-Kəbir məscidinə edilən terror hücumunun məsuliyyətini rəsmən öz üzərinə götürüb.
Bazar ertəsi axşam Maskatın yaxınlığında yerləşən şiə məscidi silahlı hücumun hədəfi olub.
Oman polisi bir bəyanat yayaraq, bu silahlı hücumu təsdiqləyib və bildirib ki, son statistikaya görə, İmam Hüseyn (ə) əzadarlarının atəşə tutulması nəticəsində 6 nəfər şəhid olub, 28 nəfər isə yaralanıb.
Həmçinin, bəyanatda qeyd edilir ki, vəziyyətlə bağlı bütün təhlükəsizlik tədbirləri görülüb və lazımi araşdırmalar da aparılacaq".