Sionist rəsmisi:
HƏMAS-ın tunellər qazmadakı mühəndislik qabiliyyətindən heyrətləndik
Sionist rejimin hərbi rəsmisi etiraf edib ki, 9 aylıq müharibədən sonra bu rejim ordusu Qəzzədə tunel layihəsi haqqında hər şeyi bilmir. HƏMAS tunelləri hörümçək toru kimidir, onlardan birini məhv etdikdə, alternativ tunellər var və o, davam edə bilər.
Sionist rejimin kanal-12 televiziya kanalı işğalçı rejimin hərbi rəsmisindən sitat gətirərək, bildirib: "Biz hələ HƏMAS tunellərinin tam mənzərəsini bilmirik və onların hamısına tam nəzarətimiz yoxdur. HƏMAS yeraltı tunellərdən istifadə edərək mütəşəkkil müdafiə döyüşü aparıb".
Sionist rejimin hərbi rəsmisi əlavə edib: “HƏMAS-ın tunelləri hörümçək toru kimidir, onlardan birini məhv etdikdə, alternativ tunellər var və o, davam edə bilər".
O, həmçinin 9 aylıq müharibədən sonra sionist rejim ordusunun Qəzzədə tunel layihəsi haqqında bütün detalları bilmədiyini vurğulayaraq, deyib: "HƏMAS-ın tunellərdə liftləri quraşdırması, torpağın xüsusiyyətlərini bilməsi və tunellərin bir-birinə necə bağlanması kimi mühəndislik qabiliyyətləri bizi təəccübləndirdi".
O, davam edib: HƏMAS yerin altında gizlənə və eyni zamanda qəfil hücumlar təşkil edə bildi. HƏMAS yerin altından Qəzzənin istənilən bölgəsinə döyüşçüləri və logistik vasitələri daşımağı bilirdi".
O, "HƏMAS-ın hərtərəfli dağıdılması və təhlükəsizlik reallığının yenidən qurulmasının davamlı və uzunmüddətli döyüşlər tələb etdiyini" etiraf edib.
Sionist rəsmisi xəbərdarlıq edib ki, əgər İsrail Qəzzədəki bütün tunelləri dağıtmağı qarşıya məqsəd qoysa, bunun üçün hələ çox illər lazım olacaq”.