İyul 28, 2024 12:36 Asia/Baku
  • Sionist rejim Livanın cənubundakı sərhəd kəndlərinə basqın edib

Sionist rejim bu gün səhər saatlarında Livanın cənubunda beş kəndi bombalayıb.

İşğalçı rejim qırıcıları Livanın Sur şəhərinin Əl-Abbasiyyə kəndinin ətrafını iki raketlə hədəfə alıblar.

Bu hücumlarda həmçinin Kəfər-Kəla kəndi, «Əlburc-əl-şimali» kəndinin ətrafı və «Təyr Hərfa» kəndi də bombalanıbdır.

Livanın cənubunda yerləşən Əl-Xiyam kəndinin də iki dəfə bombalanması haqda məlumat daxil olub.

Yerli mənbələr qəsbkar sionist rejim ordusunun hücumu nəticəsində bu qəsəbədə yanğının baş verdiyini bildiriblər.

Digər tərəfdən, bəzi livanlı qaynaqlar Livanın cənubunda yerləşən Bəqa bölgəsində partlayış səsinin eşidilməsindən xəbər veriblər.

Bu məlumata görə, sionist rejim ordusunun pilotsuzları Bəqa bölgəsinin səmasına görünüblər.

Livanlı qaynaqlar habelə xəbər veriblər ki, sionist rejim  qırıcıları Livanın Bəqa bölgəsində yerləşən Tariya qəsəbəsinə də basqın ediblər.

Bu hücum, sionist rejimin «Colan yüksəkliklərində yerləşən «Məcdəl Şəms» bölgəsi Livan Hizbullahı-nın raket hücumu hədəfinə çevrilib» kimi iddiasından sonra baş verib.

Sözügedən hücumda indiyədək on bir sionist ölüb, qırx sionist isə yaralanıbdır. Belə bir halda, Livan İslam Müqaviməti bir bəyanatda bu kimi hücumun həyata keçirilməsini qətiyyətlə təkzib edib.

Xatırladaq ki, Colan yüksəklikləri əslində Suriyanın ərazisidir və İsrail rejimi oranı işğal edibdir.

Hizbullah qeyd edibdir ki, bu qrup sionist rejim medialarının «Məcdəl Şəms» bölgəsinə qarşı raket hücumu barədəki iddiasını təkzib və təkid edir ki, Livan İslam Müqavimətinin bu hücumla heç bir əlaqəsi yoxdur və onun həyata keçirdiyini rədd edir.

Digər tərəfdən, Amerikada «Aksios»(Axios) xəbər vebsaytı bu ölkənin bir rəsmisinə istinadla belə vurğulayıb: Hizbullah elan edibdir ki, qəsb olunmuş «Colan yüksəkliklərində yerləşən «Məcdəl Şəms» bölgəsində baş verən hadisənin səbəbi, İsrail rejiminin zenit raketi olub.

Bu bilgiyə əsasən, Hizbullah həmin məlumatı BMT-yə xəbər verib və bir daha təkid edibdir ki, «Məcdəl Şəms» bölgəsində baş verən hadisənin səbəbi, sionist rejim ordusunun bir stadiona düşən zenit raketi olubdur.

Bəyanat/ sionist mediaların/ sözügedən hücumun Livan Hizbullahı tərəfindən edilməsi barədə xəbəri yaymalarından sonra verilibdir.

Bundan öncə də Hizbullah-ın məsul şəxslərindən biri Röyters-lə müsahibədə Livan İslam Müqavimətinin «Məcdəl Şəms» bölgəsinə qarşı hər hansı hücum həyata keçirdiyini təkzib etmişdi.