Qəzzədəki qıtlıq qurban almaqda davam edir
Fələstin Qızıl Aypara Təşkilatı xəbərdarlıq edibdir ki: Qəzzə zolağında qıtlıq siyasətinin davam etdirilməsi nəticəsində zolaqdakı minlərlə xəstə, uşaq və mülkinin həyatı risk altındadır.
Fələstin Qızıl Aypara Təşkilatı bir bəyanatda bildiribdir ki: Sionist rejim ordusunun Qəzzə zolağına qarşı hücumları nəticəsində bu zolaqda qıtlıq və aclığın yayılması/ xeyli sayda insanın şəhadətilə nəticələnib. Şəhidlərin əksər hissəsini uşaqlar təşkil edirlər.
Bu fələstinli orqanın bəyanatında sonra deyilir: Əgər blokadanın sındırılması və Qəzzə zolağına ardıcıl surətdə yardımların girişinə lisenziyanın verilməsi istiqamətində ciddi addımlar atılmazsa, minlərlə nəfərin həyatı risk altında olacaq.
Sionist rejim Qərb ölkələrinin hərtərəfli himayələri ilə ötən il oktyabrın yeddisindən bəri Qəzzə zolağında və qərb sahilində müdafiəsiz və məzlum Fələstin xalqına qarşı geniş qırğınlar törədib. Dünya ictimaiyyəti və insan hüquqları orqanlarının işğalçı İsrail rejiminin cinayətləri qarşısında susmaları/ fələstinli qadın və uşaqların/ qanunsuz sionist rejimin hərb maşını vasitəsilə qırğın olunmalarının davam etməsinə bais olub.
Qəzzə zolağının şəhid və yaralıları barədə elan olunmuş son statistika ondan xəbər verir ki, sionist rejimin bu bölgəyə qarşı hücumlarının əvvəlindən bəri otuz doqquz min iki yüz əlli səkkiz nəfər şəhid olub, doxsan min beş yüz səksən doqquz nəfər isə yaralanıbdır.