İyul 31, 2024 09:45 Asia/Baku
  • Sionist rejiminin Beyruta hava hücumu regional və qlobal dairələrdən sərt şəkildə pislənib

Livanın Səhiyyə Nazirliyi yaydığı məlumatda sionist rejimin Beyrutun cənub ətraflarında yerləşən Harrə Hərik bölgəsinə etdiyi hava hücumunda 2-si uşaq olmaqla 4 nəfərin şəhid olduğunu və 74 nəfərin yaralandığını açıqlayıb. Yaralılardan dördünün vəziyyətinin ağır olduğu, itkin düşənlərin isə axtarış əməliyyatlarınındavam etdiyi bildirilir.

 Livanın xarici işlər naziri Abdullah Buhəbib verdiyi açıqlamada deyib ki, sionist rejimin Beyrutun cənub ətrafına etdiyi təcavüzkar hücumuna görə BMT Təhlükəsizlik Şurasına şikayət edəcəyik.

 Livanın Baş Naziri Nəcib Miqati ötən gecə sionist rejimin Beyrutun cənub ətrafına hava hücumuna cavab olaraq bildirib ki, ölkəsi sionist rejimə qarşı çəkindirmək hüququnu özündə saxlayır.

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasına yazdığı məktubda Tehranın İsrail rejiminin Livanın paytaxtı Beyrutun cənub ətraflarında mülki əhaliyə və mülki infrastruktura qarşı “aqressiv və qorxaq terror hücumunu” qətiyyətlə pislədiyini bildirib. İrəvani məktubda həmçinin hər hansı bir anlaşılmazlığı bəhanə etmədən və dərhal Təhlükəsizlik Şurası tərəfindən pislənməli olduğunu qeyd edib.

 

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani sionist rejimin bu təcavüzkar hücumunu Livanın suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulması kimi qiymətləndirərək, bunu beynəlxalq hüququ normaları və qanunlarının, eləcə də BMT Nizamnaməsinin kobud şəkildə pozulduğunu deyib.

Diplomatik qurumun sözçüsü vurğulayıb ki, sionist cinayətkar dəstənin Beyrut ətraflarında vəhşi və cinayətkar əməli şübhəsiz ki, bu, xalqın qeyrətli övladlarının və Livanın qürurlu müqavimətinin məzlum fələstinliləri dəstəkləmək və İsrail aparteid rejiminin təcavüzünə qarşı şərəf yolunun davam etdirməsinə mane olmayacaq.

 

Rusiya Xarici İşlər Nazirliyi də sionist rejimin Beyrutun cənub ətrafına təcavüzkar hücumuna reaksiya verərək bu hücumun beynəlxalq qanunları kobud şəkildə tapdalandığını vurğulayıb.

Fələstinin İslami müqavimət hərəkatları, Həmas və İslami Cihad sionist rejimin Beyrutun cənub ətrafına hücumunu sərt şəkildə pisləyərək Livan dövləti və Hizbullah hərəkatı ilə tam həmrəy olduqlarını bəyan ediblər.

İraq və Suriya Xarici İşlər Nazirliyi də sionist rejimin Beyrutun cənub ətrafına təcavüzkar hücumuna cavab olaraq bu hücumun beynəlxalq hüquq və qanunlarının pozulması olduğunu bildiriblər.

Yəmənin Ənsarullah hərəkatının siyasi ofisi də bəyanat yayaraq sionist rejimin Beyrutun cənub ətrafına hava hücumunu sərt şəkildə pisləyib.