Hizbullah yüksək rütbəli komandanının şəhadətini rəsmən təsdiqləyib
Livan Hizbullah bu hərəkatın yüksək rütbəli komandanı Fuad Əli Şükrün ötən gün sionist rejimin Beyrutun cənubunda Zahiyyə bölgəsinə etdiyi terror hücumu nəticəsində şəhid olduğunu rəsmən təsdiqləyib.
Əl-Əhd portalı bildirib ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah cümə axşamı Fuad Əli Şükrün dəfn mərasimində çıxış edərək, hərəkatın bu cinayətlə bağlı mövqeyini açıqlayacaq.
Hizbullah çərşənbə günü bir bəyanatda bildirib: Sionist düşmən 2024-cü il iyulun 30-u axşam saatlarında Beyrutun cənubundakı Zahiyyə bölgəsinə hücum edib və onun məhəllələrindən birində yaşayış binasını hədəfə alıb ki, nəticədə çoxlu sayda vətəndaş şəhid olub, bəziləri də yaralanıb və binanın bəzi mərtəbələrində çoxlu dağıntılar əmələ gəlib. Böyük cihadçı komandan, əziz və sevimli qardaş Fuad Şükr də o zaman binada olub və şəhid olub. .