İran və Hizbullahın cavabının qorxusundan sionistlər ordusu dəhşət içində
Ammonyak zavodunun bağlanmasından tutmuş kəskin təhlükəsizlik tədbirlərinə qədər
Sionistlər Hizbullahın Fuad Şükrün və İranın İsmayıl Həniyyə”nin terror edilməsinə cavab tədbirlərinin qorxusundan dəhşət içindədirlər.
Şahab xəbər agentliyinin məlumatına görə, sionist rejimin "Yediot Ahronot" qəzeti bildirib ki, sionist rejim ordusu işğal olunmuş Fələstin ərazilərinin şimalındakı ammonyak zavodları və kimyəvi materiallardan istifadə edən digər fabriklərdən Hizbullah tərəfindən atılan raketlər səbəbindən fəaliyyətlərini dayandırmalarını istəyib.
Sionist rejim mediası bildirib ki, bu kontekstdə Əkkadakı Ştrauss ammonyak zavodu fəaliyyətini dayandırılıb.
Eyni zamanda Avi Aşkenazi Maariv qəzetinə deyib: "Hizbullah tərəfindən tənliyi dəyişə biləcək hər bir reaksiya ehtimal olunur".
Nadaf Eyal da "Yediot Ahronot" qəzeti ilə müsahibədə iddia edib ki, İsrail vasitəçilər vasitəsilə Hizbullaha dinc əhaliyə hücumla bağlı xəbərdarlıq edib və bunu genişmiqyaslı müharibə kimi qiymətləndirib.
Sionist rejimin “Kan” kanalı da bildirib ki, Avstraliya öz vətəndaşlarını Livanı tez bir zamanda tərk etməyə çağırıb və real təhlükənin olduğunu söyləyib.
Digər tərəfdən, sionist rejimin kanal-12 televiziya kanalı da İranın Həniyyənin terror edilməsinə cavab hücumundan qorxduğu üçün bu rejimin səfirliklərində təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib.
Səfirliklərə yüksək hazırlıq vəziyyətində olmaları tapşırılıb və diplomatlara da izdihamlı yerlərdən uzaq olmaları tapşırılıb.
Bu medialar, həmçinin sionist rejimin baş naziri Benyamin Netanyahu və bu rejimin digər kabinet üzvləri tərəfindən İranın Həniyyənin qətlinə cavab tədbirlərinə hazırlıq məqsədilə verdiyi xüsusi sərəncamlardan bəhs ediblər.
Digər tərəfdən, sionist rejimin "Kod" mediası xəbər verib ki, İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni dünən axşam saatlarında Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə telefon danışığı aparıb və ona bildirib ki, Tehran Həniyyənin öldürülməsinə reaksiya verəcək.
Sionist rejimin "Yediot Ahronot" qəzeti də İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın xüsusi və qəfil əməliyyat ardınca olduğunu və buna görə də İranın cavabının bir neçə həftə gecikəcəyini bildirib.