Avq 02, 2024 14:06 Asia/Baku
  • Müqavimət seyidi İsmayıl Həniyyənin terrorunu təhlükəli adlandırıb

Lİvan Hizbullahının baş katibi İsmayıl Həniyyənin şəhadəti münasibətilə Həmas hərəkatına, fələstinli müqavimət qruplarına, Fələstin xalqına, həmçinin bütün ərəb və müsəlman xalqlarına başsağlığı verib və bu terroru təhlükəli adlandırıb.

Seyid Həsən Nəsrullah deyib: Biz bu kədərə, qəzəbə, qələbəyə nail olmağa, məsuliyyətə və müqavimət döyüşçüləri kimi müqavimət komandanlarının şəhadəti fəxrinə ortaqıq. İnşaallah, qələbə qətidir.

Lİvan Hizbullahının baş katibi sonra deyib: Düşmənin Zahiyyəyə qarşı hava hücumunda məqsədi, əsas şəkildə Seyid Möhsün Şükürün terror edilməsi olub. Bu hücumda İran vətəndaşlarından olan Milad Beydi də şəhid olubdur.

Seyid Həsən Nəsrullah söyləyib: Zahiyyədə baş verənlər təkcə terror deyildi, həm də basqın idi. Onlar mülki binaları hədəfə aldılar və mülkiləri şəhid etdilər.

Lİvan Hizbullahının baş katibi deyib: Regionda baş verənlər regionumuz əleyhinə İsrail-Amerika müharibəsinin bir hissəsidir. Daxili və dəqiq araşdırmalar bizə sübut etdi ki, Məcdəl-Şəms-ə düşən raket Hizbullah tərəfindən atılmamışdı. Mən bir daha vurğulayıram ki, bu hədəf ilə bağlı Hizbullahı ittiham etmək, qəddarcasına hərəkətdir. Əgər bu hadisədə əlimiz olsaydı, onu elan/ və üzrxahlıq edərdik. Böyük ehtimala qarşı, İsrailin hava hücumundan müdafiə raketi Məcdəl-Şəms-ə düşüb və bu barədə bir çox faktlar mövcuddur.

Müqavimət seyidi vurğulayıbdır ki, bu, təcavüzdür və onun cavabı verilməlidir.

Lİvan Hizbullahının baş katibi çıxışını belə davam etdirib: İsrailin Məcdəl-Şəms hadisəsilə bağlı Hizbullaha ittiham vurmaqda məqsədi, tayfalar arasında fitnə salmaqdır.

Nəsrullah əlavə edib: Bir neçə ölkə bizdən istəyibdir ki, İsrailin Beyrutun Cənubi Zahiyyə məhəlləsinə qarşı hücumuna cavab verməyək. Zahiyyəyə qarşı hücum, Məcdəl-Şəms-də baş verənlərə bir cavab deyil. Bu hücum şimal cəbhəsindəki döyüş və hücumların bir hissəsidir. Biz burda Qəzzəni himayə cəbhəsinin əvəzini ödəyəcəyik. Biz dedik ki, hazırıq və bu xərci ödəyəcəyik. Zira, biz öz imanımız əsasında bu döyüşə girmişik.

O, söyləyib Bu döyüşün nəticələri, düşmən və region üçün tarixi və strateji nəticələrə gətirib çıxaracaq və şübhə yoxdur ki, bu döyüş yeni mərhələyə daxil olubdur.

Müqavimət seyidi vurğulayıb: Sionistlər axmaqdırlar. Görən, onlar təsəvvür edirdilər ki, İsmayıl Həniyyəni Tehranda terror edəcəklər, İran da sükut edəcək? İslam İnqilabının Böyük Rəhbərinin bəyanatındakı ifadə tərzi İranın Dəməşqdəki konsulluğuna qarşı hücumdakı gündə verdikləri bəyanatdakı ifadə tərzindən daha güclü və daha kəskin idi. İranlılar bu təcavüzü təkcə milli suverenliyə, milli təhlükəsizliyə və öz etibarlarına qarşı təcavüz deyil, həm də öz heysiyyətləri və şərəflərinə qarşı bir təcavüz kimi qiymətləndirirlər. Zira, şəhid İsmayıl Həniyyə İranın qonağı idi və İranın qonağını öldürdülər.

Seyid Həsən Nəsrullah sionistlərə xitabən əlavə edib: Bir az sevinin, zira uzun müddət ağlayacaqsız. Siz hələ bilmirsiniz ki, hansı qırmızı xətləri keçmisiz və haraya çatmısız.

Seyid Həsən Nəsrullah deyib: Biz öz şəhidimizlə vidalaşmırıq- ona deyirik ki: Görüşmək ümidi ilə!

Nəsrullah əlavə edib: Düşmənə deyirik: Əgər liderləri qətlə yetirmək və xalqı qorxutmaqla bzi aradan götürmək və bizim yaddaşımızı silmək istəyirsinizsə, illüziyaya qapılmısız. Biz cavab verəcəyik və onlar intizar çəkməlidirlər.

O, sonra deyib: Seyid Fuada deyirik: Öz əmanətini yaxşı şəkildə yerinə yetirdin və biz sənin yolunu davam etdirəcəyik. İmad Muğniyyə və Fuad Şükürün yetirmələri şəhid komandirlərin yerlərini dolduracaqlar.

Seyid Həsən Nəsrullah sonra deyib: Bütün cəbhələrə qarşı təzyiqlərə rəğmən, Fələstin müqaviməti təslim olmayacaq. İrana və digər himayə cəbhələrinə qarşı bütün təzyiqlər də nəticəsiz qalacaqdır.

Müqavimət seyidi vurğulayıb: Əgər dünyada bir kəs doğrudan da regionda gərginliyin qarşısını almaq istəyirsə, İsraili Qəzzəyə qarşı hücumları durdurmağa vadar etməlidir. Ən böyük beynəlxalq təfriqə, Benyamin Netanyahunun Amerika konqresindəki çıxışı və ona əlçalma görüntüsü idi.

Nəsrullah əlavə edib: Bu gün təkcə bir cümlə deyirəm: Düşmən və onun arxasında duran hər bir kəs bizim qəti cavabımızı gözləməlidirlər. Bizim aramızda günlər, gecələr və meydan, təyinedici olacaq