Səədədə Fələstinə dəstək üzrə geniş aksiya keçirilib
Səədə əhalisinin böyük bir hissəsi Yəmən xalqının Fələstin xalqına, xüsusən Qəzzə əhalisinə dəstəklərinin və müqavimət komandirlərinin terror edilmələrinin pislənilməsinin davamında geniş aksiya keçirib.
Aksiyaçılar əllərində işğalçı rejimin Livan və İranda törətdiyi cinayətlərdə şəhid olan Həmas-ın siyasi bürosunun sədri şəhid İsmayıl Həniyyənin və Livan İslam Müqavimətinin komandanlarından olan Fuad Şükürün şəkillərini tutublar.
Aksiya “Şəhidlərin qanlarına sədaqət- Qəzzə ilə qələbəyədək!” şüarı ilə keçirilib.
Əlməyadin telekanalı da xəbər veribdir ki: Yəmənin Səədə, Rəymə və Mərib əyalətlərində, həmçinin Əmran, İbb və Təiz əyalətlərinin bir neçə bölgəsində “Şəhidlərin qanlarına sədaqət- Qəzzə ilə qələbəyədək!” şüarı altında əllidən çox geniş aksiya keçirilib