Avq 02, 2024 18:10 Asia/Baku
  • İlahi vədə əsasən, sionist rejim məhvolmaya daha da yaxınlaşıb

Seyid Əbdülməlik Bədrəddin region olayları barədəki çıxışında vurğulayıb; Sionist rejim cinayətləri artırmaqla məhvolmağa daha da yaxınlaşır.

Yəmən Ənsarullah hərəkatının baş katibi deyib:

Müqavimət liderləri və komandirlərinin şəhadəti başqalarının şəhidlərin yolunu davam etdirməyə təşviq edilmələrində və onların stimulunda böyük təsirə malikdir və cihad və mübarizə yolu daha da inkişaf edibdir.

Yəmən Ənsarullah hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin son region olayları və Ələqsa Tufanı əməliyyatına həsr olunmuş çıxışında vurğulayıb: Sionist rejimin və onun əsas cinayət ortağı olan Amerikanın cinayətləri hər bir səviyyə və miqyasda olursa-olsun, mübariz xalqın və mübariz döyüşçülərin əzmkarlıqları və iradələrini əsla zəiflətməyəcəkdir.

Seyid Əbdülməlik Bədrəddin əlavə edib: Həmas hərəkatının tarixində sionist düşmən hətta bu hərəkatın yüksək vəzifəli rəhbərləri, o sıradan mübariz şeyx- Şeyx Əhməd Yasini və Əl-Rentisini terror etməklə müqaviməti zəiflədə və cihadın köklərini quruda bilmədi. Liderlər və komandirlərin şəhadəti başqalarının şəhidlərin yolunu davam etdirməyə təşviq edilmələrində və onların stimullarında yüksək təsirə malikdir və cihad və mübarizə yolu daha da inkişaf edib və nailiyyət və qələbələr həyata keçibdir.

Ənsarullah baş katibi söyləyib: Hizbullah onun rəhbərləri və komandirlərinin hədəfə alınmaları və terror edilmələrilə nəinki zəifləməyəcək, əksinə, daha da  əzmkar olacaq və daha çox nailiyyətlər əldə edəcəkdir. Sionist rejimin törətdiyi cinayətlərin artması ilə, bu rejim özünü/ ilahi vədə əsasən, qəti məhvolmaya yaxınlaşdırır. Sionist rejimin cinayətləri qarşısında cihad cəbhələrinin inkişafının və onların fəaliyyətlərində dəyişikliyin şahidiyik Sionistlərin Fələstin və Ələqsa yolunun şəhidi və ümmət şəhidinin, yəni şəhid İsmayıl Həniyyənin terror edilməsi üzrə cinayəti Netanyahunun Amerikadan qayıtmasından sonra gərginliklərin aşkar şəkildə şiddətlənməsi çərçivəsində baş verib.

Seyid Əbdülməlik Bədrəddin əlavə edib:

Həniyyəyə qarşı terror cinayəti avropalıları və bəzi Qərb ölkələrini rüsvay etdi. Belə ki, onlar hətta bu cinayəti pisləmədilər də. Hərçənd Avropa və Qərb ölkələrinin bir çoxu həmin cinayəti pislədi