İsrail ordusunun daha 4 bazası hədəfə alındı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i413357-İsrail_ordusunun_daha_4_bazası_hədəfə_alındı
Livan Hizbullahı raket və artilleriya hücumları ilə İsrail ordusunun 4 bazasını hədəf aldığını açıqlayıb.
(last modified 2024-08-03T04:29:23+00:00 )
Avq 03, 2024 08:14 Asia/Baku
  • İsrail ordusunun daha 4 bazası hədəfə alındı

Livan Hizbullahı raket və artilleriya hücumları ilə İsrail ordusunun 4 bazasını hədəf aldığını açıqlayıb.

Təsnim Beynəlxalq Xəbər Agentliyinin məlumatına görə, Livan Hizbullahı bir bəyanat yayaraq, bildirib ki, İslami müqavimət döyüşçüləri Qəzzə zolağında mətanətli Fələstin xalqına dəstək olmaq və onun nəcib müqavimətini dəstəkləmək üçün sionist rejim əsgərlərinin hərbi mövqelərini atəş altında saxlayırlar, o cümlədən işğal altındakı “Kəfər Şəba” təpələrində yerləşən hərbi baza raketlə hədəfə alınıb.

İslami Müqavimət döyüşçüləri həmçinin sərhəddə yerləşən “Əl Mərac” bazasını raket hücumları ilə hədəfə alıblar və nəticədə düşmən çoxlu sayda itki verib.