İsrail rejiminin hava limanlarına güclü kiberhücumlar edilib
Sionist mediaları rejimin hava limanlarının saytlarına güclü kiberhücumun edildiyini və onların rəsmi internet saytlarının sındırıldığını bildirib.
Məlumata görə, baş vermiş ağır kiberhücumdan sonra Təl-Əvivin "Ben Qurion" hava limanının internet səhifəsi əlçatmaz olmuş və nəticədə sionist rejimin bir çox uçuşları ləğv edilmişdir.
Xunta rejimin “12”-ci kanalı Təl-Əvivdəki “Ben Qurion” hava limanının internet saytının işləmədiyini və bu problemin sərnişinlərin sıxlığı nəticəsində yaranan yüklənmədən qaynaqlandığını bildirib.
Qeyd edək ki, sionist rejimin əsas infrastrukturları ötən aylar ərzində davamlı kiberhücumlara məruz qalıb.
Müxtəlif qruplar tərəfindən həyata keçirilmiş bu kiberhücumlar sionist rejiminin Qəzzədə törətdiyi soyqırımlara cavab olaraq edilmişdir.