Avq 10, 2024 17:23 Asia/Baku
  • Qəzzədə törədilmiş dəhşətli qırğın qlobal qəzəbə səbəb olub

Fələstin Müqavimət Hərəkatı bəyanata yayaraq bildirib ki, sionist rejim ordusunun məktəbdə sığınacaq salmış fələstinlilərə namaz qılınan vaxt etdiyi hava hücumu bir daha göstərir ki, bu rejim bütün gücü ilə Qəzzədə Fəstinlilərə qarşı soyqırım törədir.

Hərəkat verdiyi bəyanatda məktəbə edilmiş bu hücumun əsl müharibə cinayəti olduğunu deyib. HƏMAS Birləşmiş Ştatların sionist rejiminə göstərdiyi dəstəyə toxunaraq vurğulayıb ki, sübh namazı vaxtı törədilmiş bu cinayətin məqsədi mülki vətəndaşlar arasında daha çox qırığıların törədilməsindən xəbər verir və bu Qəzzə əhalisinə qarşı kütləvi şəkildə törədilmiş soyqırımdır.

İsrailin törətdiyi bu qətliam əleyhinə Fələstinin “Fəth” hərakatı da bəyənat yayıb.

“Sionist rejim ordusunun vəhşicəsinə “Əd-Dərac” məntəqəsidə yerləşən “Ət-Tabein” adlı məktəbdə törətdiyi qətliamı və qırğınında aralarında qocaların, qıdın və uşaqların çoxluq təşkil etdiyi 125 nəfərdən çox insanın həlak edilməsi sionist rejim cinayətinin və terrorçuluğunun ən pik həddini göstərir”-deyə Hərəkat elanında vuğulayıb. 

İsrailin vəhşiliyinə Ənsarullah da reaksiya verib. Yəmən Ənsarullahının sözcüsü Məhəmməd Əbdüssəlam deyib ki, ərəb və müsəlmanlar Qəzzə qarşısında ağır məsuliyyət daşıyır və hər kəs Qəzzə haqda öz insanlıq və dini vəzifəsində süstlük göstərərsə xarlıq və zəlilliyə düçar olacaqdır.

İordaniya XİN-i də sionist rejiminin Qəzzədə “Tabein” məktəbində Fələstinlilərə qarşı törətdiyi qətliamı pisləyən bəyanat verərək elan edib ki, sionist rejiminin bu məktəbə hücum çəkməsi beynəlxalq hüququn açıq-aşkar şəkildə tapdalanmasıdır və bu addım rejimin Qəzzənin didərgin düşmüş sivil vətəndaşlarına qarşı qətliam və qırğınının göstəricisidir.

Fələstin dövlət administrasiyasının Qəzzə üzrə məlumat mərkəzi də sionist rejimin Qəzzədə törətdiyi cinayəti pisləyərək elan edib ki, bu rejim Qəzzədə yenidən soyqırım və etinik təmizləmə siyasətini yürüdərək məktəbdə 125 nəfərdən çox insanın şəhadəti və yüzlərlə vətəndaşın yaralanması ilə nəticələnən qırğınlar törədib.

Müəslman aləmində baş verən bu qırğına Şiə dünyasının ali məqamlı mərcəi təqlidi Həzrəti Ayətullahul Uzma Seyid Əli Sistaninin də məlumat mərkəzindən reaksiya verilib.

Mərcəi-Təqlidin ofisi elan edib ki, işğalçıların Qəzzədə “Tabein” məktəbində sığınacaq tapmış köçkünlərə qarşı törətdiyi bu qətliam dəhşət saçır. Bu qırğınlar regionda geniş münaqişəyə səbəb ola və belə bir vaxtda yaranmış bu münaqişə region ölkələri və xalqlarının faciəsi ilə bitə bilər. Bir daha dünya icitmaiyyətindən törədilmiş bu dəhşət saçan vəhşiliyin qarşısında dayanmasını istəyirik.