Avq 19, 2024 12:46 Asia/Baku
  • Hizbullah-ın PUA-sı Netanyahunun iqamətgahı üzərində uçub

Livan Hizbullahının görüntüçəkən PUA-sının sionist rejimin baş naziri Benyamin Netanyahunun və ailəsinin iqamətgah məkanı olan Qeysəriyyə qəsəbəsi üzərində uçması xəbərinin yayılması bu rejimin radar və zenit sistemlərinin Hizbullah-ın hərbi qabiilyyətlərilə üzləşmədəki zəiflik və faydasızlıqlarını bir daha göz qabağına qoydu.

Hizbullah-ın/ sionist mediaların geniş reaksiyaları ilə müşayiət olunan «İmad-4» adlı yeraltı hərbi təsisatlarını təqdim etməsindən iki gün sonra Hizbullah pilotsuzunun  sionist rejimin baş naziri Benyamin Netanyahunun və ailəsinin Təl-Əvivlə Hayfa arasındakı Qeysəriyyə bölgəsində yerləşən iqamətgahı üzərində uçması xəbərinin yayılması hamının diqqətini İsrail rejiminin hərbi-təhlükəsizlik sistmelərinin xüsusən müqavimət mehvəri ilə əhatəli bir döyüşün başlanacağı haldakı zəifliyi və faydasızlığına çəkibdir.

«İsrail Hayom» vebsaytının bildirdiyinə görə, İsrail rejimi ordusunun bir gəmisi üzərində yerləşən radarlar son günlər  Qeysəriyyə bölgəsinin sahilində bir pilotsuzun görünməsindən xəbər verdilər. Bu əsasda, elan olundu ki, həmin uçan cisim Hizbullah-a aid olan görüntüçəkən bir pilotsuz olub və böyük ehtimala qarşı sionist rejimin baş naziri Benyamin Netanyahunun iqamətgah məkanına yaxınlaşmaq və onun təsvirini çəkmək məqsədilə bu bölgəyə daxil olubdur.

Sözügedən pilotsuzun İsrail rejimi ordusunun radar və zenit sistemləri üzərində görünməsi ilə bir zamanda, sionist rejim ordusunun qırıcıları dərhal bu ordunun hava bazasından havaya qalxıb və həmin bölgədə hava patruluna başlayıblar. Lakin onlar sözügedən pilotsuzu müşahidə edə və onun izinə düşə bilməyiblər.

İsrail rejimi ordusu/ bu rejim qırıcılarının sözügedən PUA-nı aşkarlamaq və onun izinə düşməkdə nakam qalmalarından sonra iddia edibdir ki, Qeysəriyyə sahilindəki radarların ekranlarında görünən şey, radarların xəbərdarlıq sistemindəki yanlışlıqdan irəli gələn məsələ və ya köçəri quş dəstəsinin hərəkəti, yaxud da digər bir amil ola bilər. Bununla belə, İsrail rejimi ordusunun bəyanatında təkid olunubdur ki, sionist rejim ordusu və hava qüvvələri bu rejimin baş nazirinin ailəvi iqamətgahı üzərində uçuş ehtimalının ssenarisini əsla təkzib edə bilməzlər.

Belə bir halda, bu xəbəri təsdiqləyən Netanyahunun ofisi iddia edibdir ki, həmin hadisənin səbəbi, ehtimal üzrə, İsrail rejimi ordusunun radar sisteminin yanlış xəbərdarlığı olub və elə bu məsələ, bu rejimin radar və zenit sistemlərinin «Əl-Əqsa Tufanı» əməliyyatının başlandığı zamandan bu günədək müxtəlif düşmən PUA və raket hədəflərilə qarşılaşmadakı zəifliyi və faydasızlığını bir daha üzə çıxarır.

 

 

Teqlər