Sionistlər panikada:
İranın cavab zərbəsi necə olacaq? – TƏHLİL
Sionist rejimin Tehrandakı terror aktına İranın cavab zərbəsinin hansı keyfiyyətdə olacaqğı barədə narahatlıqları onları psixoloji təpki altında saxlayır.
İran İslam Respublikasının BMT-dəki nümayəndəsi bəyan edib ki, Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniyyənin şəhadətindən sonra Tehranın İsrail rejiminə cavabı qətiyyən ağrılı olacaq və heç kəs buna şübhə etməsin.
Xatırladaq ki, İsmayıl Həniyyə və Livan Hizbullahının tanınmış sərkərdələrindən olan Fuad Şükürün şəhadətindən sonra Müqavimət mehvərinin səlahiyyətliləri və yüksək vəzifəli şəxsləri bu şəhidlərin qanının qisasını alacaqlarını bəyan ediblər.
İsrail radiosu etiraf edib ki, Həniyyənin qətlindən sonra sionistlər bu sui-qəsd əməliyyatına cavab gözləyirlər.
Sionist rejimin kəşfiyyat xidmətləri də müttəfiqlərinin köməyi ilə hücumun növü, məqsədi və vaxtını əldə etməyə çalışırlar.
Yeri gəlmişkən bildirək ki, işğalçı rejim hərbi, təhlükəsizlik, kəşfiyyat və kiber təhdidləri ilə yanaşı, Yəmən silahlı qüvvələrinin Qırmızı dəniz, Hind okeanı və Ərəb dənizi və digər bölgələrdəki əməliyyatları nəticəsində iqtisadi problemlərdən əziyyət çəkir.
Bundan əvvəl bəzi KİV-lər Dohada atəşkəsin yaradılması və əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqların nəticə verəcəyi təqdirdə İranın reaksiyadan vaz keçəcəyini iddia etsələr də, bu fkrin real olmadığı hər kəsə aydındır. Xüsusilə də sionist rejimin 12-ci kanalı məlumatlı mənbəyə istinadla bildirir ki, Netanyahu müharibənin davam etdirilməsinə üstünlük verir.
Maraqlıdır ki, əsirlərini azad etmək bəhanəsi ilə Qəzzə zolağına hücum edən sionist rejim ordusu əsirlərindən birini belə azad edə bilməyib və hətta bir neçə əsirin hərbi əməliyyatlar zamanı öldürülməsi Benyamin Netanyahunun kabinetinə qarşı qəzəb dalğasına səbəb olmuşdur.
Bu o deməkdir ki, danışıqların nəticəsiz qalması müqavimət yönümlü qüvvələr üçün əlverişli şərait yaradır və bu məsələ sionist rejimin müttəfiqlərini çətin vəziyyətdə qoyur. Onlar Müqavimətin hansı üsullarla intiqam alcaqlarını təxmin etməkdə çətinlik çəkirlər.