Qəsbkar hərbçilərin Qəzzədən tam şəkildə çıxmaları hər cür razılaşmanın önşərtidir
Fələstin Həmas və İslami Cihad hərəkatlarının rəhbərləri Təl-Əvivlə hər cür razılaşmaya çatmaq üçün sionist rejim ordusu hərbçilərinin Qəzzə zolağından tam şəkildə çıxmalarını istəyiblər.
Həmas-ın məşvərət şurasının sədri Məhəmməd Dərviş bu istiqamətdə İslami Cihad hərəkatının baş katibi Ziyad ən-Nəxalə və onun müavini Məhəmməd əl-Hindi ilə görüşüb. Sonra tərəflər birgə bəyanat yayıblar. Bəyanatda deyilir: Təl-Əvivlə hər cür razılaşmaya çatmaq üçün İsrail hərbçilərinin Qəzzə zolağından tam şəkildə çıxmaları, bölgənin bərpasının başlanması, blokadaya son qoyulması və əsirlər mübadiləsi razılaşması zəruridir.
Bəyanatda həmçinin sionist rejimin Qəzzəyə qarşı hücumlarının dayandırılması və bəşəriyyətə qarşı cinayətlər törətmiş bu rejim başçılarının cəzalandırılmaları vacibliyinə təkid olunub.
Həmas və İslami Cihad hərəkatlarının rəhbərləri özlərinin birgə bəyanatında Təl-Əvivin vasitəçilərin səylərini uğursuz qoymaq üzrə yanaşmasını tənqid və belə qeyd ediblər: İsrail/ hərəkatların iki iyul təklifi xüsusiyyət təşkil etməklə öncəki mərhələlərdə atılmış addımları rədd edib, hücumların davam etdirilməsinə israr etməklə/ vasitəçilərin səylərinin uğursuz qalmasında məsuliyyət daşıyır.
Çərşənbə günü İslami Cihad hərəkatının baş katibi Ziyad ən-Nəxalə və onun müavini Məhəmməd əl-Hindinin başçılıq etdikləri hərəkatın nümayəndə heyəti Dohada Həmas-ın məşvərət şurasının sədri Məhəmməd Dərviş və hərəkatın rəhbərlərindən ibarət nümayəndə heyətilə görüşüb.