Libermen: “İsrail Hizbullahın raketləri qarşısında aciz qalıb”
https://azeri.sahartv.ir/news/qərbi_asia-i413920-libermen_İsrail_hizbullahın_raketləri_qarşısında_aciz_qalıb
Sionist rejimin keçmiş müharibə naziri Aviqdor Libermen açıqlamasında İsrailin Hizbullahın raketləri qarşısında aciz qaldığını deyib.
(last modified 2024-08-24T09:04:43+00:00 )
Avq 24, 2024 11:33 Asia/Baku
  • Libermen: “İsrail Hizbullahın raketləri qarşısında aciz qalıb”

Sionist rejimin keçmiş müharibə naziri Aviqdor Libermen açıqlamasında İsrailin Hizbullahın raketləri qarşısında aciz qaldığını deyib.

“İsrailin şimalına yüzlərlə PUA və raketlərin atılması Netanyahu kabinetinin Hizbullahın qarşısında gücsüzlüyünü göstərir”-deyə Liberman “X” hesabında yazıb.

 O bu açıqlamasının ardınca qeyd edib ki, ümumilikdə götürsək şimal cəbhəsində yaranmış problemlərin öhdəsindən gəlmək Netanyahu kabinetinin bacaracağı iş deyil.

“Bu kabinetin işi davam etdirmək üçün heç bir ləyaqəti yoxdur”-Libermen əlavə edib.

Bu arada sionist rejimin 12-ci kanalı ötən cümə gününün səhər saatlarından etibarən axşamadək Livandan sionist şəhərciklərinə 100 raketin atıldığı xəbərini verib.