Əl-Qəssam batalyonları sionist qəsəbələrə hücum ediblər
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın hərbi qolu olan Əl-Qəssam batalyonları dünən axşam Kisufim, Nirim və “Üçüncü Göz” adlı sionist qəsəbələri 114 millimetrlik “Rucum” raketlərilə hədəfə alıblar.
Bundan qabaq Əl-Qəssam batalyonları bu hərəkat döyüşçülərinin Qəzzə zolağının cənubunda keçirdikləri iki uğurlu əməliyyatdan xəbər vermişdilər.
Əl-Qəssam batalyonlarının sionist qəsəbələrə qarşı hücumlarının fonunda qeyd edək ki, sionist rejim mediaları bu rejim ordusunun baş qərargah rəisinin öz amerikalı həmkarı ilə yanaşı səfərilə bir zamanda Hizbullah-ın sözügedən sionist qəsəbələrə qarşı PUA və raket hücumundan xəbər verdilər.
Bəzi livanlı mənbələr də bildiriblər ki, bir neçə hücum PUA-sı sərhəddən Qərbi Əlcəlildəki işğal olunmuş əraizlərə keçib. Sionist rejim ordusunun baş qərargah rəisi Herzi Halevi-nin amerikalı həmkarı Çarlz Braun ilə yanaşı bu bölgəyə səfərilə bir zamanda on beş sionist qəsəbədə həyəcan siqnalı səsləndirilib.
Sionist “Maariv” qəzeti də xəbər veribdir ki, Livandan Qərbi Əlcəlilə tərəf iyirmiyə yaxın raket atılıb.
Livan İslami Müqaviməti bazar günü Hizbullah-ın bariz komandiri Fuad Şükürün terror edilməsinə ilkin cavab olaraq, 340-dan çox raket və onlarla PUA ilə/ sionist rejimin on bir hərbi bazası və kazarmasını darmadağın etdi və sionistləri şoka saldı.
Bu dağıdıcı hücumlardan sonra qəsb edilmiş ərazilərdəki uçuşlar ləğv edildi, limanlar bağlandı və şiddətli gediş-gəliş məhdudiyyətləri icra olundu. Həmçinin işğal olunmuş ərazilərdə 48 saat müddətinə fövqəladə vəziyyət elan edildi.