Avq 27, 2024 15:22 Asia/Baku
  • Ben-Qvirin Məscidüləqsa barədəki sözləri pislənilib

BMT sözçüsü Stefan Ducarrik sionist rejimin daxili xəfiyyə naziri İtamar Ben-Qvirin Məscidüləqsa-nın içində sinaqoqun yaradılmasına dair son sözlərini pisləyib. Bildirib ki, bu sözlər gərginlikləri daha da artıracaq.

Keçirdiyi mətbuat konfransında sionist rejimin daxili xəfiyyə nazirinin sözlərini pisləyən Stefan Ducarrik gərginliklərin daha da kəskinləşməsinin qarşısının alınmasını istəyib.

Qətər xarici işlər nazirliyi də qəsbkar rejimin daxili xəfiyyə naziri İtamar Ben-Qvirin Məscidüləqsa barədəki sözlərini kəskin tərzdə pisləyib.

Qətər xarici işlər nazirliyi bir bəyanatda bu təhrikedici sözlərin Qəzzə zolağında atəşkəs razılaşmasına nail olmaq üzrə ardıcıl səylər üzərində qoyacağı təsirlə bağlı xəbərdarlıq edib. O, beynəlxalq ictimaiyyətin işğalın qarşısını almaq üçün təcili tədbirlər görməsi, həmçinin dünyanın/ Beytülmüqəddəsin və onun müqəddəs məkanlarının qarşısında etik və qanuni məsuliyyət qəbul etməsi vacibliyini vurğulayıb.

İordaniya xarici işlər nazirliyi də sionist rejimin ekstremist nazirinin Məscidüləqsa barədəki qalmaqallı sözlərini pisləyib və bu ölkənin sözügedən pozuntların beynəlxalq məhkəmələrdə təqib olunması barədəki qərarından xəbər verib.

İşğalçı rejimin daxili xəfiyyə naziri İtamar Ben-Qvirin Məscidüləqsa-nın içində sinaqoqun yaradılmasına dair sözləri beynəlxalq qanunların pozulması olaraq, qəbuledilməz bir təhrikdir- İordaniya xarici işlər nazirliyinin bəyanatında deyilir.