Hizbullahın PUA-ları İsrailin təhlükəsizlik aparatını iflic vəziyyətə salıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i414116-hizbullahın_pua_ları_İsrailin_təhlükəsizlik_aparatını_iflic_vəziyyətə_salıb
Sionist media etiraf edib ki, Hizbullahın pilotsuz uçuş aparatları İsrailin təhlükəsizlik aparatını iflic vəziyyətə salıbdır.
(last modified 2024-08-31T04:30:29+00:00 )
Avq 31, 2024 08:29 Asia/Baku
  • Hizbullahın PUA-ları İsrailin təhlükəsizlik aparatını iflic vəziyyətə salıb

Sionist media etiraf edib ki, Hizbullahın pilotsuz uçuş aparatları İsrailin təhlükəsizlik aparatını iflic vəziyyətə salıbdır.

İRNA-nın Əl-Cəzirə telekanalına istinadən verdiyi məlumata görə, İsrailin 12-ci kanalı Hizbullahın PUA-larla həyata keçirdiyi əməliyyatlar nəticəsində İsrailin infrastrukturuna külli miqdarda ziyan dəydiyini açıqlayıb.

Məlumata əsasən, Hizbullah hər gün İsrail istiqamətinə bir neçə pilotsuz təyyarə göndərir ki, İsrailin hava hücumundan müdafiə sistemləri onların qarşısını ala bilmir.

Bu məlumat Hizbullahın işğal olunmuş Fələstinin şimalındakı sionist qəsəbə və bazalarını onlarla raketlə hədəfə alması ilə eyni vaxtda yayılır.

Qeyd edək ki, İsrailin şimalında səkkiz müxtəlif məntəqədə sakinlərin raket atəşi ilə bağlı xəbərdar edilməsi üçün təhlükə sirenləri vaxtaşırı səsləndirilir.

Livan Hizbullahı "Əl-Əqsa Tufanı" əməliyyatının başlanması ilə sionist hərbçilərin böyük bir hissəsini işğal altındakı Fələstinin şimalına cəlb etmək və Qəzzədə müqavimətə təzyiqləri azaltmaq məqsədilə hərəkətə keçmişdir. Bunun nəticəsində bölgədəki çoxlu sayda sionist mühacir öz evlərini tərk etmək məcburiyyətində qalıb.