Sen 27, 2024 12:04 Asia/Baku
  • Livan Hizbullahının aviasiya bölməsinin komandanı şəhid olub

Şəhid Əbu-Saleh 2020-ci ildən Livan müqavimətinin hava qüvvələrinin məsuliyyətini daşıyırdı. O, Livan, Suriya və Yəməndə bir ömür mübarizədən sonra dünən Beyrutun Zahiyyə bölgəsində terror edilib, şəhid oldu. Livan Hizbullahı Məhəmməd Hüseyn Sərvərin şəhadətini təsdiq edib.

Şəhid Məhəmməd Hüseyn Sərvər 1973-cü ildə Livanın cənubunda yerləşən Əyta Əşşəb şəhərində anadan olub. O, 1986-cı ildə islami müqavimətə qoşulub.

Şəhid Əbu-Saleh müqavimət sistemində təşkilat məsuliyyətlərinə çatıb və yüksək komandirlik kurslarını keçibdir.

Şəhid Məhəmməd Hüseyn Sərvər islami müqavimətin sionist işğalçılara qarşı bir çox əməliyyatında iştirak edib. O, Livanın şərq sərhədlərində və Suriyanın müxtəlif vilayətlərində təkfirçilərin hücumları ilə mübarizə sahəsində aparıcı komandirlərdən olub. O, bir neçə məsuliyyətdə və hərbi ixtisaslarda fəaliyyət göstərib və 2020-ci ildən müqavimətin hava qüvvələrinin məsuliyyətini üzərinə götürüb.

Şəhid Sərvər ”Əl-Əqsa Tufanı” əməliyyatının başlandığı andan şəhadət tarixinədək Livanın himayə cəbhəsində İslami müqavimətin hava qüvvələrinin hərbi əməliyyatlarının komandiri olub

 

Teqlər