Hizbullah rəsmisi İslam Ümmətini əmin etdi
Şeyx Nəim Qasim: Biz 2006-cı ildəki kimi qalib gələcəyik
Livan Hizbullahının baş katibinin müavini bildirib ki, bu hərəkat 2006-cı ildə olduğu kimi yenə də sionist İsraili məğlub edəcək.
Şeyx Nəim Qasim Hizbullahın mərhum baş katibi Seyid Həsən Nəsrullahın şəhadətindən sonra etdiyi ilk çıxışında deyib: “Seyid Həsən Nəsrullah həyatı boyunca cihad və mübarizə sahəsində olub və İmam Xomeyni (r.ə.) və İslam İnqilabının Böyük Rəhbəri İmam Xameneinin yolu və siyasətinin davamçısı olmuşdur”.
O, İsrailin Livanın bütün bölgələrində cinayətlər və qətliamlar törətdiyini, dinc əhaliyə və sağlamlıq mərkəzlərinə hücum etdiyini bildirib. “Sionist rejim döyüşçülərlə vuruşmur, günahsız insanları qətlə yetirir. Amerika isə onun cinayətlərinə şərikdir və sionist rejimə qeyri-məhdud siyasi, hərbi və s. dəstək verir, lakin biz İmam Hüseynin (ə) övladlarıyıq və qələbəyə nail olacağıq. Biz əməl, cihad və səbir adamlarıyıq və Allahın vədi haqdır. Şəhid Seyid Həsən Nəsrullahın yolu davam edir, Hizbullah öz hədəflərini və cihad meydanını davam etdirir və kəs meydandadır”, - deyə Livan Hizbullahının baş katibinin müavini vurğulayıb.
Şeyx Nəim Qasim əlavə edib: “İsrail öz məqsədlərinə çatmayacaq və biz bu döyüşdən qalib çıxacağıq. Hizbullahın strukturunda hansısa zərər çəkənin yerinə müavinlər və başqalarını əvəz edən insanlar var. Biz Hizbullahın yeni baş katibini ən qısa zamanda mövcud mexanizm əsasında seçəcəyik”.