Okt 07, 2024 12:43 Asia/Baku
  • Bir il ərzində 728 əsgər və zabit ölüb

Sionist rejim ordusu son bir ildə bu ordunun 728 əsgərinin öldürüldüyünü etiraf edib.

İRNA-nın Əl-Cəzirə telekanalına istinadla verdiyi xəbərə görə, Qəzzə müharibəsindən bir il sonra sionist ordu ötən il oktyabrın 7-dən indiyədək 728 İsrail əsgərinin öldürüldüyünü elan edib. Bu əsgərlərdən 346-sı Qəzzə daxilində oktyabrın 27-də başlayan döyüşlərdə ölüb.

İsrail ordusu həmçinin son bir ildə 4576 İsrail əsgərinin yaralandığını və onlardan 696-nın vəziyyətinin kritik olduğunu açıqlayıb.

Təhlilçilər hesab edirlər ki, Qəzzə zolağında indiki döyüş zamanı sionistlər öz itkilərinin rəqəmlərini manipulyasiya etmək üçün böyük səylər göstəriblər.

Burada diqqət çəkən maraqlı məqam odur ki, sionistlərin özləri də bu rejim ordusu və hakimiyyət orqanlarının müqavimət itkiləri ilə bağlı verdikləri statistikaya şübhə ilə yanaşırlar.

Keçən ilin dekabrında sionist “Yediot Aharonot” qəzeti İsrail ordusunun Qəzzə müharibəsində bu ordunun itkiləri ilə bağlı verdiyi statistik məlumatlara şübhə edərək bildirmişdi ki, ordunun statistikası ilə xəstəxanaların rəsmi statistikası arasında böyük fərq var.

 

Teqlər