Fələstin xalqına qarşı soyqırımı davam edir
İsrailin yeni cinayətlərində 285 fələstinli şəhid oldu
İsrail rejimi son 8 gündə Qəzzənin şimalında 300-ə yaxın fələstinlini qətlə yetirib.
Təsnim Xəbər Agentliyinin məlumatına görə, Fələstin hökumətinin Qəzzə zolağındakı informasiya ofisi elan edib ki, sionist rejim ordusu Cebaliya və Qəzzə zolağının şimalına soyqırımını gücləndirməklə yanaşı, təcili yardım maşınlarının hərəkətinə və xilasetmə qruplarının fəaliyyətinə mane olur.
Bildirilir ki, sionist rejim ardıcıl olaraq səkkizinci gündür Cebaliya və Qəzzənin şimal hissəsini mühasirəyə almaqda davam edir və bu rejim ordusu fövqəladə hallar və xilasetmə qruplarının fəaliyyətinin qarşısını alır. Bu səbəbdən son 8 gündə baş vermiş hücumların ardınca cəmi 285 şəhiddən yalnız 75-nin cənazəsi dağıntılar altından çıxarıla bilib.
Qeyd olunur ki, sionist rejim ordusu sığınacaqları və qaçqınların məskunlaşdığı mərkəzləri bombalayır, qəsdən qırğınlar törədir. Bunun nəticəsində ötən bir ildə törədilən cinayətlərdə azı 42 min fələstinli şəhid olub.