Okt 16, 2024 12:12 Asia/Baku
  • İsraili boykot etmək çağırışları artmaqdadır - TƏHLİL

İsrail rejiminin Qəzzə zolağında yaşayan fələstinlilərə qarşı cinayətlərinin artması və Qərb ölkələrinin Qəzzə müharibəsində Təl-Əvivin siyasətlərinə dəstəyini davam etdirməsi ilə qitənin müxtəlif ölkələrində yaşayan minlərlə avropalı fələstinlilərə dəstək üçün aksiya keçirərək rejimin boykot edilməsini tələb ediblər.

Qəzzə müharibəsinin başlamasından və sionist rejimin məzlum xalqa qarşı misli görünməmiş cinayətlərindən sonra dünyanın bir çox ölkələrinin ictimai rəyi, müxtəlif yığıncaqlarda İsrailin cinayətlərini pisləyərək, ölkələrin silah tədarükündə iştirak etməməyə, yardımların kəsilməsinə, siyasi və hərbi yardımların kəsilməsinə çağırıblar.

İsrail mallarının boykot edilməsi siyasəti başlansa da, indi bir çox ölkələrdə, xüsusilə İslam ölkələrində daha ciddi şəkildə həyata keçirilir. İsrailə qarşı boykot kampaniyası son aylarda geniş vüsət alıb və bir çox Avropa ölkələrində həyata keçirilir. Bununla bağlı Amerikanın “Wall Street Journal” qəzeti yazır ki, hazırda Qərb cəmiyyətlərinin müxtəlif təbəqələri, xüsusilə də tələbələr də bu hərəkata qoşulublar.

İndi İsrailin cinayətlərinin davam etməsi ilə nəinki bu boykot kampaniyası genişlənir, həm də Avropa vətəndaşları indi Avropa hökumətlərindən İsrailə yardımın dayandırılmasını və əslində İsrailə qarşı geniş iqtisadi sanksiya siyasətindən istifadə edilməsini tələb edirlər.

Bu kontekstdə Avropa-Aralıq dənizi İnsan Haqlarını İzləmə Təşkilatı bu yaxınlarda bir bəyanatda dünya ölkələrindən sionist rejimə dəstəyin dayandırılmasını tələb edib. Bu insan haqları təşkilatı bütün ölkələri İsrailə qarşı təsirli sanksiyalar tətbiq etməklə öz beynəlxalq öhdəliklərini yerinə yetirməyə və istənilən siyasi və maliyyə dəstəyini dərhal dayandırmağa çağırıb və bildirib ki, əks halda onlar İsrailin Qəzzə zolağında yaşayan fələstinlilərə qarşı soyqırımına şərik olacaqlar.

Görünən odur ki, bütün demokratiya şüarlarına baxmayaraq, əksər Avropa hökumətləri bu tələbi qulaqardına vurur və qaniçən rejimə yardımlarını davam etdirirlər.