Okt 19, 2024 15:10 Asia/Baku
  • Əl-Qəssam: Müqavimət məşəli heç vaxt sönməyəcək

İzzəddin əl-Qəssam tərəfdarları Yəhya əl-Sənvarın şəhadəti ilə əlaqədar olaraq, müqavimət məşəlinin heç vaxt sönməyəcəyini bəyan ediblər.

Tasnim xəbər agentliyinin məlumatına görə, Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssamın tərəfdarları Yəhya Sinvarın şəhadəti ilə əlaqədar bildiriblər ki, müqavimət məşəli liderlərinin öldürülməsi ilə heç vaxt sönməyəcək.

Əl-Qəssam batalyonları vurğuladılar ki, Fələstinin azad edilməsinə qədər cihad və mübarizə davam edəcək və bunun ən yaxşı sübutu Fələstin xalqının Əl-Əqsa Tufanı əməliyyatından bir il sonra təslim olmamasıdır.

Əl-Qəssam batalyonları əlavə edib: “Əgər sionist düşmən hesab edərsə ki, müqavimətin böyük rəhbərləri, məsələn, şəhid Sinvar, Həniyyə, Nəsrullah və digər şəhidləri qətlə yetirməklə, müqavimət məşəlini söndürə bilər, tamamilə yanılır, çünki müqavimət bütün məqsədlərinə çatana qədər davam edəcəkdir”.

 

Teqlər