Fələstin müqaviməti işğalçı rejimi məyus edir
Məşəl: HƏMAS müqavimət variantına sadiqdir
Fələstin İslami Müqavimət Hərəkatının təmsilçisi bəyan edib ki, Yəhya Sinvarın şəhid olmasına baxmayaraq, HƏMAS Fələstinin azad edilməsinə qədər müqavimət variantına sadiq qalacaqdır.
HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri Xalid Məşəl, şəhid Yəhya Sinvarın xatirəsini ehtiramla yad etmək üçün etdiyi nitqdə deyib: “Biz Qəzzə, İordan çayının qərb sahili, xaricdə və düşərgə sakinləri olan hərəkatın çoxlu sayda ən böyük liderlərini Əl-Əqsa Tufanı döyüşü zamanı itirdik. Bu hərəkat həmişə öz liderlərini şəhadət, izzət, torpağı azad etmək, İsrail şərindən azad etmək yolunda qurban verib. Onların başında 2004-cü ildə sionist rejim tərəfindən qətlə yetirilən Əhməd Yasin dayanırdı”.
HƏMAS təmsilçisi müqavimət variantına alternativin olmadığını söyləyib.