70-dən çox sionist hərbiçi öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i415541-70_dən_çox_sionist_hərbiçi_öldürülüb
Livan müqaviməti işğalçı İsrail ordusunun bu ölkəyə qarşı quru hücuma başlayandan bəri itkilərini açıqlayıb.
(last modified 2024-10-24T07:02:40+00:00 )
Okt 24, 2024 10:33 Asia/Baku
  • 70-dən çox sionist hərbiçi öldürülüb

Livan müqaviməti işğalçı İsrail ordusunun bu ölkəyə qarşı quru hücuma başlayandan bəri itkilərini açıqlayıb.

Hərakatın rəsmi teleqram kanalı bildirir ki, Livana qurudan hücum edən düşmən İsrail ordusunun zabit və əsgərləri də daxil olmaqla, 70-dən çox hərbiçisi öldürülüb, 600-dən çoxu isə yaralanıb. 28 "Merkava" tankı, 4 hərbi buldozer, bir zirehli maşın və bir hərbi gəmi sıradan çıxardılıb.

Bundan əlavə, 3 “Hermes 450” pilotsuz təyyarəsi və bir “Hermes 900” pilotsuz təyyarəsi vurulub".

Bu arada Livan Hizbullahı yaydığı açıqlamada İsrail rejiminin Təl_əviv yaxınlığındakı hərbi sənayesini unikal raketlərlə hədəfə aldığını açıqlayıb.

Bu, son iki gündə Hizbullahın Təl-Əvivdə yerləşən hədəfə ikinci raket hücumudur.