Livan Hizbullahı düşmənə zərbələrini davam etdirir
Sionist rejimin Miron bazası darmadağın edilib
SəhərAzəri-nin məlumatına əsasən, Livan Hizbullahı sionist rejimin işğal olunmuş Fələstinin şimalındakı mühüm Miron hərbi bazasına raket hücumları barədə məlumat yayıb.
Təsnim xəbər agentliyinin məlumatına görə, Hizbullah bildirir ki, İslami Müqavimət döyüşçüləri Qəzzə zolağında dirəniş göstərən Fələstin xalqının müdafiəsi, onun şərəfli müqaviməti və Livanın müdafiəsi istiqamətində Miron bazasının hava nəzarət bölməsini hədəfə alıblar. Hizbullah daha əvvəl ayrı-ayrı bəyanatlarında elan etmişdi ki, İslami Müqavimət döyüşçüləri İsrailin şimalındakı Elyakim hərbi təlim düşərgəsinə hücum zamanı pilotsuz uçuş aparatlarından istifadə edib.
Hərəkatın teleqram kanalında deyilir: “Müqavimət qüvvələri Şimal Hərbi Dairəsinin Elyakim təlim düşərgəsinə dronlarla zərbələr endirib və bütün hədəfləri dəqiqliklə vurub”. Hizbullah həmçinin ötən gün ilk dəfə olaraq Hayfa yaxınlığında yerləşən İsrail Hərbi Hava Qüvvələrinin təmir-texniki bazasını yüksək dəqiqlikli raketlərlə hədəfə alıb.
Daha əvvəl Netaniyada 933-cü “Nahal” piyada briqadasının səhra düşərgəsi və Yaara yəhudi məskənindəki hərbi kazarma hücuma məruz qalıb.