Təl-Əvivdə PUA partlayışı
Noy 18, 2024 16:24 Asia/Baku
Xəbər mənbələri bir pilotsuz təyyarənin işğal olunmuş ərazilərə daxil olması və Təl-Əvivin cənubunda partlaması barədə məlumat yayıb.
Sionist rejimin xəbər mənbələri bildiriblər ki, pilotsuz təyyarənin işğal olunmuş ərazilərə daxil olmasından sonra “Nis Tsiyuna” ərazisində və işğal olunmuş ərazilərin mərkəzindəki digər bölgələrdə həyəcan siqnalı verilib.
Bu arada İsrail ordusu da işğal olunmuş ərazilərin mərkəzi bölgələrinə şübhəli obyektin daxil olduğunu təsdiqləyib.
Məlumatda qeyd olunur ki, həyəcan sirenlərinin səslənməsindən sonra “GPS” sistemi sıradan çıxıb.
“İsrael Hayom” qəzeti bu pilotsuz təyyarənin Təl-Əvivin cənubundakı Rahofut kəsişməsi yaxınlığında partladığını bildirib.