Suriyanın tələbi ilə Ərəb Liqası təcili iclas keçirir
Medialar Ərəb Liqasının Suriyadakı vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas keçirəcəyini bildiriblər.
Məlumata əsasən, Suriyanın tələbi ilə Ərəb Liqası xarici işlər nazirləri səviyyəsində gələn bazr günü fövqəladə iclas keçirəcək.
Qeyd edək ki, terrorçu qruplar noyabrın 27-i səhər saatlarında bəzi ölkələrin dəstəkləri və yeni əcnəbi muzdluların gəlişi ilə, Hələbin şimal-qərb, qərb və cənub-qərb bölgələrində Suriya ordusunun mövqelərinə qarşı geniş miqyaslı hücuma keçiblər.
Terrorçuların Suriya ordusunun mövqelərinə qarşı bu hərbi əməliyyatları 2020-ci ildə bağlanmış atəşkəs razılaşmasını pozub, çünki bu ərazi Türkiyənin zəmanəti ilə Qazaxıstanın Astana şəhərində imzalanmış və İdlib və Hələbin ətrafındakı əraziləri, eləcə də Hamanın və Laziqiyyənin bir hissəsini əhatə edən “gərginliyin azaldılması” sazişinə daxildir.
2018-ci ildə üç bölgə Suriya ordusunun nəzarətinə keçib, lakin Suriyanın şimal-qərbindəki İdlib əyaləti və Laziqiyyə, Həma və Hələb əyalətlərinin bir hissəsini əhatə edən dördüncü bölgə hələ də terrorçu qrupların əlindədir və deyilənlərə görə, bu bölgəyə nəzarət daha çox Təhrir Əş-Şam (Ən-Nüsrə Cəbhəsi) terror qruplaşmasının əlindədir.