Əraqçi İraq prezidenti ilə görüşdü
İran İslam Respublikasının Xarici işlər naziri Seyid Abbas Əraqçi İraqın baş naziri ilə görüşdən sonra bu ölkənin prezidenti ilə də görüşüb və söhbət edib.
İraq prezidenti görüşdə deyib: "Biz birgə səylər və koordinasiya ilə regionda təhlükəsizlik və sabitliyə nail olmalı, Suriyanın birliyini və suverenliyini qorumalıyıq. Həmçinin regionda baş verən hadisələrin sürətləndirici amillərinin qarşısının alınması üçün, məqsədyönlü plan hazırlanmalıdır."İranın Xarici İşlər Naziri də Bağdadda İraq prezidenti ilə görüşdən sonra bildirib:"İraq rəsmiləri ilə görüşdə Suriya məsələsində daha çox məsləhətləşmələr aparmaq barədə razılaşdıq. Məqsədimiz Suriya hökuməti və xalqını dəstəkləmək məqsədi ilə, məsləhətləşmə və koordinasiyanı gücləndirmək və siyasi mövqelərdə daha çox koordinasiyaya nail olmaqdır.İran Suriya hökumətinə, xalqına və ordusuna lazım olan qədər dəstək verməyə tam hazırdır."