Həmas-dan sionist rejimin ekspansianist planlarına cavab
Fələstin islami müqavimət hərəkatı- Həmas, sionist rejimin İordan çayının qərb sahilindəki ekspansianist hərəkətlərinə cavabda bildiribdir ki, Fələstin xalqı qəsbkarların müstəmləkəçilik planları ilə mübarizə aparacaq.
Həmas hərəkatı bir bəyanatda belə qeyd edib: Sionist rejimin ekstremist maliyyə naziri Betsalel Smotriçin İordan çayının qərb sahili ərazisinin blokadası və bu bölgədə sionist qəsəbəsalmaların genişləndirilməsi barədəki sözləri onların Fələstin ölkəsinin yaradılmasının əngəllənməsinin ardınca fələstinlilərin hüquqlarına göz yummaqla qərb sahilindəki işğalçılıq və müstəmləkəçilik niyyətlərinə çatmaları mənasına gəlir. Həmas müqavimət hərəkatı həmçinin vurğulayıbdır ki, sionistlər üçün qəsəbəsalmaların genişləndirilməsi və sionist qəsəbə sakinlərinin qərb sahilindəki şəhər və kəndlərə təcavüzləri olduqca təhlükəlidir.
Fələstin xalqı öz müqaviməti ilə sionistlərin fələstinlilərin yerinə köçürülmələri və ilhaq planlarını uğursuz qoyacaq- deyə, Həmas vurğulayıb.
Qərb sahili tamamilə Fələstin ərazisidir və gələcək Fələstin ölkəsinin əsas hissəsidir- vurğulayan Həmas bildiribdir ki, Fələstinfələstinlilərin qiyam və hiddət ocağıdır və sionistlər tarixi həqiqətləri dana bilməzlər. Buna görə, Fələstin xalqının mübarizəsi düşmənin məğlub edilməsinədək davam edəcək.
Soyqırımçı İsrail rejimi 2023-cü ilin yeddi oktyabrından bəri Amerikanın və bəzi digər Qərb ölkələrinin hərtərəfli himayələrilə Qəzzə zolağında və İordan çayının qərb sahilində müdafiəsiz və məzlum Fələstin xalqına qarşı geniş qırğın törədibdir.
Qəzzə zolağında yerləşən Fələstin səhiyyə nazirliyinin məlumatına görə, 2023-cü ilin yeddi oktyabrından bəri Qəzzə zolağında 44 min 580 nəfər şəhid olub, 105 min 739 nıəfər isə yaralanıbdır.