Dek 07, 2024 10:25 Asia/Baku
  • Bəşər Əsəd Dəməşqi tərk etməyib

Suriya prezidentinin ölkəni tərk etməsi təkzib olundu.

Suriyalı siyasətçi Ömər Rəhmun X sosial şəbəkəsində ​​ yazıb:

"Prezident Bəşər Əsəd Dəməşqdədir və ölkəyə qələbəyə doğru rəhbərlik edir. Prezidentin İrana səfəri ilə bağlı bütün xəbər və şayiələr həqiqətə yalnışdır."

Bir neçə saat əvvəl də rəsmi İordaniya mənbəsi Amerika mediasının iddiasını təkzib edərək, bu ölkənin rəsmilərinin Bəşər Əsədə Suriyanı tərk etmək üçün heç bir tövsiyə etmədiklərini vurğulayıb.

İordaniyalı rəsmi əlavə edib:

"Amerika mediası Wall Street Journal-ın İordaniya rəsmilərinin Suriya prezidenti Bəşər Əsədə Suriyanı tərk edib, sürgündə hökumət qurmaq məsləhəti ilə bağlı iddiasını qəti şəkildə rədd edirik. Əmman Suriyadakı vəziyyəti izləyir və ölkənin ərazi bütövlüyü və vətəndaşlarının sağlamlığının vacibliyini vurğulayır."