Sionist media: "Təl-Əviv “Təhrir əş-Şam”la birbaşa əlaqədədir"
https://azeri.sahartv.ir/news/qərbi_asia-i416703-sionist_media_təl_Əviv_təhrir_əş_Şam_la_birbaşa_əlaqədədir
Sionist xəbər saytı Walla bu gün məlumat dərc edərək bildirib ki, sionist rejim Suriyadakı bir neçə qrup, o cümlədən "Heyət Təhrir əş-Şam" silahlı qruplaşması ilə birbaşa telefon əlaqəsi yaradıb.
(last modified 2024-12-08T04:01:26+00:00 )
Dek 08, 2024 08:00 Asia/Baku
  • Sionist media:

Sionist xəbər saytı Walla bu gün məlumat dərc edərək bildirib ki, sionist rejim Suriyadakı bir neçə qrup, o cümlədən "Heyət Təhrir əş-Şam" silahlı qruplaşması ilə birbaşa telefon əlaqəsi yaradıb.

Mənbə əlavə edib ki, İsrail indiki mərhələdə silahlı ünsürlərin sərhədə (İşğal olunmuş ərazilərlə Suriya) yaxınlaşmamasını istəyib. 

"İsrail rejiminin ordu qüvvələrinin tankları Suriyanın cənubundakı “Əl Qənitrə” bölgəsinə daxil olub"-deyə mənbədə qeyd edilib.

Sionist rejimin xəbər mənbələri əlavə edib ki, xunta rejim ordusu Qolan bölgəsindəki silah anbarlarına hücum edib.

Bəzi digər mənbələr sionist ordu qüvvələrinin Qolandakı "Xan Ərnəbəh" bölgəsinə soxulduğunu və işğal olunmuş Qolan təpələri ərazisində qüvvələrinin gücləndirdiyi barədə məlumat veriblər.