Şeyx Naim Qasim:
"Müqavimət davam edir"
Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasim müqavimətin davam etdiyini vurğulayıb.
Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasim çərşənbə günü etdiyi çıxışda deyib: "Sionist rejimə qarşı müqavimət davam edir və öz gücünü bərpa edib. Dərin imanı, mömin və şəhidlik eşqi ilə hərəkət edən fərdləri var. Bu da, onun gələcəkdə parlamasına və daha da güclənməsinə imkan verir".
Şeyx Nəim Qasim çərşənbə günü İslami Humanitar Elmlər Günü və Tehranda mərhum Ayətullah Mesbah Yəzdinin xatirəsinə həsr olunmuş 4-cü beynəlxalq konqresə etdiyi videomüraciətdə bu mütəfəkkirin xatirəsini əziz tutaraq, əlavə edib: "Hizbullahın İran İslam Respublikası ilə əməkdaşlığı regiondakı mövcud problemlərlə mübarizə üçün baş verdi və Hizbullah, Yəmən və İraqın Qəzzəyə verdiyi dəstək ortaq düşmənə qarşı birləşən vahid baxışın nəticəsidir".
Livan Hizbullahının baş katibi qeyd edib ki, Qəzzə və Livanda İsrail düşməninə qarşı həqiqətən əfsanəvi müqavimət formalaşdı və qardaşlar arasında əməkdaşlıq bu mifik müqavimətin dəstəklənməsində mühüm rol oynadı.
Şeyx Nəim Qasim müqavimət mehvəri şəhidlərinin canfəşanlıqlarına toxunaraq əlavə edib: "Bütün bu əməkdaşlıqlar bizi elə bir mövqedə qərarlaşdırıb ki, düşməni rüsvay edə və gələcəkdə müqavimətin davamı və sabitliyi və əməli nailiyyətlər üçün qəti qərarlar verə bilək".
O, vurlayıb: “Biz müqavimətlə sübut etdik ki, sionist düşmənə Livanda irəliləməyə imkan vermərik, Həmçinin hazırki şərait Livan hökumətinin özünü siyasi fəaliyyətləri ilə sübut etməsi üçün bir fürsətdir".
Şeyx Nəim Qasim qeyd edib ki, sionist rejim Qəzzədə hər bir canlını öldürən, istənilən evi dağıdan, soyqırım törədən İsrail rejimi İslam ümməti və dünya qarşısında barbar və cinayətkar bir rejim kimi tanınır, Hansı ki, cinayətkar ABŞ-ın dəstəyi ilə insanlığın düşmənidir və bunları edir.