HTŞ terrorçuları daha üç Ələvi şeyxini qətlə yetirdilər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i417419-htŞ_terrorçuları_daha_üç_Ələvi_şeyxini_qətlə_yetirdilər
HTŞ terrorçuları Dəməşqi ələ keçirdikdən sonra ölkədəki ələvi-şiə əhalisinə qarşı qırğınlar həyata keçirməyə başlayıblar.
(last modified 2025-01-08T08:26:59+00:00 )
Yan 08, 2025 12:25 Asia/Baku
  • HTŞ terrorçuları daha üç Ələvi şeyxini qətlə yetirdilər

HTŞ terrorçuları Dəməşqi ələ keçirdikdən sonra ölkədəki ələvi-şiə əhalisinə qarşı qırğınlar həyata keçirməyə başlayıblar.

Ən son məlumata görə, Heyəti Təhrirül-Şam terrorçuları Homs-Tərtus yolunda üç Ələvi şeyxini qətlə yetiriblər.

Öldürülənlər arasında Tərtusun Dəhr Mətru kəndindən olan Şeyx Cabir Mahmud İsa Əbu Əli və Bəqudan olan Şeyx Heysəm Maalla da var.

Bildirilir ki, Suriyada Milli Barışıq Təşəbbüsünün rəhbəri Şeyx Cabir İsa Tərtus Dəməşq yolunda silahlı hücum nəticəsində həyatını itirib.