Suriyada dini azlıqlara divan tutulur
HTŞ ələvi və şiələrə qarşı hücumlarını genişləndirib - TƏHLİL
Suriya İnsan Haqları Müşahidə Qrupunun açıqlamalarına görə, Homsda son 72 saatda Ələvi, Şiə və Mürşidi məzhəblərinə mənsub mülki şəxslərə qarşı hücumlar artıb.
Bu məlumata əsasən, Heyət Təhrirəl-əş-Şam hökumətinə bağlı silahlıqrupların həyata keçirdiyi reydlərdə 22 nəfər həlak olub.Məlumatda qeyd olunur ki, rejim qüvvələri Homsda təmizlikəməliyyatları həyata keçirərək, dini simvollara qarşı hücumlar vəedamlar həyata keçirirlər. Xüsusilə Ələvi və Şiə kəndlərini hədəf alanreydlər bölgədə zorakılığın təhlükəli şəkildə artdığı bir vaxta təsadüfedir.Bütövlükdə Suriyada Bəşər Əsəd hökumətinin devrilməsindən 45 günsonra Təhrir əş-Şama bağlı silahlı ünsürlərin bu ölkə şiələrinə qarşızorakılıqları artıb.
Bu zorakılıq Suriyadakı qeyri-sabit vəziyyəti və onun şiə icmasına dərintəsirlərini açıq şəkildə nümayiş etdirir. Beynəlxalq ictimaiyyətin reaksiyavermədiyini nəzərə alsaq, bu, münaqişələrin genişlənməsinə vəhumanitar böhrana səbəb ola bilər.Son 45 gün ərzində Təhrir əş-Şamla əlaqəli silahlı qruplar sistematikolaraq şiələrə hücum edib. Bu zorakılıq müxtəlif bölgələrdə, o cümlədənHoms, Həma və Suriyanın sahil bölgəsində baş verib və bir çox şiələrindidərgin düşməsinə səbəb olub.Burada iki fərziyyə mövcuddur: Zorakılıq ya Əbu Məhəmməd əl-Colaninin icazəsi ilə həyata keçirilib, ya da o, silahlı qruplara nəzarət edəbilmir.Bu hücumlar Əsəd hökumətinin qalıqlarını təmizləmək bəhanəsi iləhəyata keçirilir.Ciddi insan haqları pozuntularına baxmayaraq, beynəlxalq ictimaiyyətvə insan haqlarını iddia edən güclər bu zorakılığı dayandırmaq üçün heçbir tədbir görmürlər.İranın xarici işlər naziri Seyid Abbas Əraqçi türkiyəli həmkarı ilə telefondanışığında Suriyada silahlı qrupların mülki şəxslərə qarşıhərəkətlərindən narahatlığını bildirib və azlıqların hüquqlarınınqorunmasının vacibliyini vurğulayıb.
Bu məsələ Suriya böhranının həlli istiqamətində cəmiyyətin bütüntəbəqələrinin hüquqlarının müdafiəsi üçün hərtərəfli və əhatəliyanaşmanın zəruriliyini göstərir.