Qərb Sahili atəş altında: Qəzzə taktikaları təkrarlanır
Sionist rejim hərçiləri ardıcıl beşinci gündür ki, İordan çayının qərb sahilinə vəhşi hücumlarını davam etdirirlər.
İşğalçı ordu İordan çayının qərb sahilinə hücumunda Qəzzə müharibəsindəki dağıdıcı taktikalardan istifadə edir. Eyni zamanda sionist rejimin Ceninin "Meysəlun" qəsəbəsinə hücumu zamanı bir neçə fələstinli yaralanıb və bu bölgədə şiddətli toqquşmalar baş verib.
Sionist rejim ordusu bu hücumlar zamanı Qərb Sahilinin şimalındakı Cenin düşərgəsindən olan və Qəzzə zolağında əsir mübadiləsi və atəşkəs razılaşması çərçivəsində azad edilməli olan bir sıra məhbusların evlərinə basqın edib.
Cenin düşərgəsindən jurnalist Əsri Fəyyaz Əl-Ərəbiyə deyib ki, işğalçı qüvvələr azad edilməli olan məhbusların ailələrini övladları azadlığa buraxılacağı təqdirdə heç bir sevinc əlaməti göstərməyəcəklərinə dair öhdəlik məktubu imzalamağa məcbur ediblər.
Digər tərəfdən, Fələstin İslami Cihad Hərəkatının hərbi qanadı olan Əl-Qüds Briqadaları bildirib ki, HƏMAS-ın hərbi qanadı olan Əl-Qəssam Briqadaları və digər mübarizlərlə əməkdaşlıq edərək, Cenin düşərgəsinin daxilində bir neçə cəbhədə işğalçı qüvvələrlə qızğın döyüşlər aparıblar ki, bir neçə sionist hərbçinin yaralanması ilə nəticələnib.