Livanda atəşkəs uzadıldı.
https://azeri.sahartv.ir/news/qərbi_asia-i417906-livanda_atəşkəs_uzadıldı.
Livan baş nazirinin ofisi bəyanatında atəşkəsin 18 fevrala (30 Bəhmən) qədər uzadıldığını açıqlayıb.
(last modified 2025-01-27T06:49:33+00:00 )
Yan 27, 2025 09:05 Asia/Baku
  • Livanda atəşkəs uzadıldı.

Livan baş nazirinin ofisi bəyanatında atəşkəsin 18 fevrala (30 Bəhmən) qədər uzadıldığını açıqlayıb.

Bəyanata əsasən, bu qərar Prezident Cozef Oun və Parlament sədri Nəbih Berri ilə məsləhətləşmələrdən və Amerika tərəfi ilə koordinasiyadan sonra qəbul edilib.Livan baş nazirinin ofisi vurğulayıb ki, Atəşkəsə Nəzarət Komitəsi atəşkəsin bütün bəndlərinin icrasını və 1701 saylı qətnamənin həyata keçirilməsini izləyəcək.Bəyanata əsasən, Amerika sionist rejimi tərəfindən Livan əsirlərinin azad edilməsi ilə bağlı danışıqları bərpa edəcək.