Hizbullahın Baş Katibi: Qısa müddətdə şəhid olan komandirlərimizin boşluğunu doldurduq.
Müqavimət, sionist rejimə qarşı mübarizə və işğal olunmuş torpaqların azad edilməsi üçün siyasi, milli və insani seçimdir. Müqavimət qüvvələri Livanda sionist rejimin qarşısında dayandılar və sionistlər Livan torpaqlarında bir neçə metrdən çox irəliləyə bilmədilər.
Biz cəmi 10 gün ərzində komandirlərin boşluğunu doldurmağa müvəffəq olduq. Buna görə də, Hizbullah əməliyyatlarını artırdı və sionistlər irəliləməyə müvəffəq olmadılar.İsrail bu zaman çərçivəsində atəşkəs tələb etdi. Biz də Livan hökuməti ilə birlikdə bu məsələyə razılıq verdik. Bu məsələ Hizbullah üçün bir qələbə hesab olunur.Düşmənin əlaqələrimiz üzərindəki kəşfiyyat nəzarəti, süni intellekt və İsrailin hava qüvvələri Hizbullahı vurmaqda ən mühüm amillərdən idi.Biz bu hücumlardan dərs aldıq, lakin hər halda, dirənişimiz işğalçıların şərtlərimizlə təcavüzü dayandırmağı tələb etməsinə səbəb oldu və biz də bu məsələyə razılıq verdik.