Livanın baş naziri sionist rejimin bu ölkənin cənubuna hücumlarını pisləyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i417962-livanın_baş_naziri_sionist_rejimin_bu_ölkənin_cənubuna_hücumlarını_pisləyib
Livanın keçid hökumətinin baş naziri Nəcib Miqati çərşənbə axşamı İsrail rejiminin Livanın cənubuna hava hücumlarını kəskin şəkildə pisləyib.
(last modified 2025-01-29T07:10:43+00:00 )
Yan 29, 2025 11:02 Asia/Baku
  • Livanın baş naziri sionist rejimin bu ölkənin cənubuna hücumlarını pisləyib

Livanın keçid hökumətinin baş naziri Nəcib Miqati çərşənbə axşamı İsrail rejiminin Livanın cənubuna hava hücumlarını kəskin şəkildə pisləyib.

Miqati bu hücumların Livanın suverenliyinin açıq şəkildə pozulması və atəşkəs razılaşmasının kobud şəkildə pozulması olduğunu vurğulayıb.

Livanın baş nazirinin ofisi bildirib ki, Nəcib Miqati Livanda atəşkəs sazişinin icrasına nəzarət komitəsinin amerikalı sədri Jasper Ceffers ilə telefon danışığında İsrail rejimini beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə məcbur etmək üçün qəti mövqe nümayiş etdirməyə çağırıb.

Nəcib Miqatinin bu açıqlaması sionist rejim ordusunun Livanın cənubundakı Nəbətiyyə bölgəsinə hücumundan sonra verilib. Bu hücum nəticəsində 14 nəfər yaralanıb. 

Təhlükəsizlik mənbələri sionist rejimin ikinci hücumunun da Nəbətiyyənin yaxınlığındakı bir əraziyə qarşı həyata keçirildiyini bildiriblər.