Yan 30, 2025 18:13 Asia/Baku
  • Fələstin xalqının köçürülməsi zülmündə iştirak etməyəcəyik

Misir prezidenti ABŞ prezidentinin fələstinlilərin köçürülmələri barədəki sözlərinə reaksiyada onu Fələstin xalqına qarşı zülm adlandırıb. Vurğulayıb ki, Misir onda iştirak etməyəcək.

Fələstin xalqının köçürülməsi zülmdür və bizim onda iştirakımız mümkün deyildir- Əbdülfəttah Əssisi bildirib.

O, əlavə edib: Fələstinlilərin köçürülmələri barədə səhlənkarlıq mümkün deyil, çünki bu, Misirin milli təhlükəsizliyinə təsir göstərəcək.

Əssisi həmçinin vurğulayıb: Misir ikiölkəli həll yoluna söykənən qənaətbəxş sülhə nail olmaq üçün Amerika prezidenti Donald Trampla anlaşmaya qəlmək niyyətindədir.

Bu gün həmçinin Mİsir xarici işlər nazirliyi bir bəyanatda bildiribdir ki, bu ölkənin xarici işlər naziri Bədr Əbdülati öz amerikalı həmkarı Marko Rubio ilə Qəzzə zolağında atəşkəsin icra prosesi haqda danışıb və öz torpağına sadiq qalan Fələstin xalqının hüquqlarına xələlin gəlməməsinin önəmini vurğulayıb. O, bildirib ki, insanların Qəzzə zolağından xaricə köçürülməsi qəbulediləsi deyildir.