Fev 11, 2025 11:35 Asia/Baku
  • Sionist rejimin analitiki: Həmasın son təhdidi heyrətləndiricidir.

Tehran - İRNA, 'İ24 News' sionist rejimi kanalının analitiki Amihay Ştayn çıxışlarının birində bildirib ki, Həmasın İsraili öhdəliklərinə sadiq qalmadığı təqdirdə əsirlərin azad edilməsini dayandırmaq təhdidi realdır və eyni zamanda təəccüblüdür.

Bu sionist analitik əlavə edib ki, bu təhdid İsrail rejiminin bütün təzyiq vasitələrini itirdiyi, xüsusilə də Netsarim bölgəsindən geri çəkildiyi və Qəzzə zolağı sakinlərinin sərbəst şəkildə bu məntəqənin şimalına hərəkət etdiyi bir zamanda bəyan edildi.Sionist rejimin ordu radiosu bazar günü gecə hesabatının birində bildirib ki, Netsarim bölgəsindən geri çəkildikdən sonra, 99-cu diviziya və Haril ehtiyat briqadası Qəzza zolağını tərk edib.