Həmasın israrı nəticə verdi. İsrail razılıq verdi.
Fələstin mediası bu gün günorta saatlarında çadır daşıyan minimum 10 yük maşınının Kerm Şalom keçidindən Qəzzə zolağına daxil olduğunu və atəşkəs razılaşmasına uyğun olaraq Qəzzə zolağından çıxarılan 12-ci xəstə və yaralı fələstinli karvanın müalicə üçün Fələstindən kənara çıxarıldığını xəbər verib.
İsrailin Channel 12 Televiziyası da bugün İsrail kabinetinin Qəzzəyə tezliklə yanacaq və konteynerlər gətirəcəyini və Həması razı salmaq və həmçinin, əsirlərin şənbə günü mübadiləsinə imkan yaratmaq üçün çalışacağını elan edib.Qəzzə zolağında olan mənbələr bu gün 801 yük maşınının humanitar yardımla Qəzzə zolağına daxil olduğunu və bu yük maşınlarından 231-nin Beyt Hanun (Eriz) və Zeykim keçidlərindən Şimali Qəzzəyə, 570 yük maşınının isə Kerm Əbu Salim keçidindən Qəzzə zolağına daxil olduğunu bildiriblər.