Fev 14, 2025 13:32 Asia/Baku
  • Əsirlər mübadiləsi atəşkəs razılaşması əsasında həyata keçiriləcək

Həmas hərəkatı bildiribdir ki, vasitəçilərlə müzakirə və məşvərətlərdən, həmçinin sionist rejimin Qəzzə atəşkəsi razılaşması çərçivəsindəki öhdəliklərini yerinə yetirəcəyi barədə öhdəlik götürməsindən sonra əsirlər mübadiləsi öncəki proqramlaşdırma əsasında həyata keçiriləcək.

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas, yaydığı bəyanatda bildiribdir ki, əsirlər mübadiləsi atəşkəs razılaşmasında dərc olunmuş maddələr əsasında həyata keçiriləcək.

Həmas-ın bəyanatında sonra deyilir: Həmas hərəkatından olan bir nümayəndə heyəti Həmas-ın Qəzzədəki rəisi və müzakirə heyətinin başçısı doktor Xəlil Əlhəyyənin başçılığı altında vasitəçi qardaşlarla müzakirələr aparıb. Müzakirələrdə məqsəd, əsirlər mübadiləsi və atəşkəs razılaşmasının xüsusən razılaşmanın sionist rejim tərəfindən ardıcıl şəkildə pozulmasından sonra icra edilməsi prosesinin araşdırılması olub. Nümayəndə heyəti Qahirədə Misir ümumi kəşfiyyat aparatının rəisi general Həsən Rəşad ilə görüşüb. Heyət həmçinin Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Ali-Sani ilə telefonla söhbət edib.

Bəyanatda sonra belə deyilir: Həmas heyəti razılaşmanın tam şəkildə icrasını təqib edən vasitəçi qardaşların texniki qrupları, habelə Misir və Qətərdə müzakirələr işinin məsul şəxsləri ilə təmas və iclaslar təşkil etdi. Bütün bu görüşlər və danışıqlarda/ razılaşmada dərc edilən bütün hallar, humanitar yardımlar prosesinin davam etməsi, yanacaq, tibb ləvazimatı, ağır avadanlıqlar, çadırlar və öncədən hazırlanmış evlərin dərhal daxil olması və insanlar üçün sığınacağın təmin edilməsi xüsusiyyət təşkil etməklə/ razılaşmadakı bütün maddələrin icrasına sədaqət üzərində təmərküz olunmuşdu.

Həmas hərəkatı sonra əlavə edib: Müzakirələr müsbət atmosferdə keçirildi. Misir və Qətərdəki vasitəçi qardaşlar vurğuladılar ki, maneələrin aradan qaldırılması və boşluqların doldurulması üçün bütün bu halları təqib edəcəklər. Bu əsasda, Həmas, imza olunmuş tərzə uyğun olaraq razılaşmanın icrasına, o sıradan müəyyən edilmiş zaman cədvəli əsasında əsirlər mübadiləsinə söykənən mövqeyinə təkid edir.